Dövlət Komissiyası: Ermənistan hərbçilərinin meyitlərini və mülki şəxslərini təhvil almır
20:23 27 Oktyabr 2020
“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına, eyni zamanda Cenevrə Konvensiyasının tələblərinə öz sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb”.
Femida.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin başçısı ilə keçirilmiş görüşdə Azərbaycan tərəfinin humanist addım kimi Ermənistana aid 30 nəfər hərbçiinin meyitinin, eyni zamanda Ermənistan hərbçilərinin işğal edilmiş ərazilərdən geri çəkildiyi zaman köməksiz halda buraxıb getdiyi 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada təklif vermişdir: “Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilmiş görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq, qarşı tərəfdən müsbət cavab verilməyib. Bunu beynəlxalq hüquq normalarına hörmətsizlik əlaməti olmaqla, eyni zamanda Ermənistan tərəfinin öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndiririk”.
Oxunub: 554
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"