“Uşaqlara gülməli adların qoyulması halları azalıb”


20:54     15 Dekabr 2015 shutterstock_127688339.jpg

Son vaxtlar Azərbaycanda yeni doğulan uşaqlara gülüş doğuran adların qoyulması halları azalıb. İnsanlar mənası anlaşılmayan adları uşaqlara qoymurlar.


Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, son vaxtlar yeni doğulan uşaqlara dil normalarına uyğun adlar verilir: "Səslənməsi, ahəngdarlığı, mənası nəzərə alınaraq adlar uşaqlara qoyulur".

S.Sadıqova qeyd edib ki, Azərbaycan dilində şəxs adları lüğətinin gələn il çap olunması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan dilində şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.

Açar sözlər:

Oxunub: 971


Oxşar xəbərlər