Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır


11:36     03 Noyabr 2020 20_11_03_1604390184.jpg

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutması nəticəsində Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.


Femida.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədi ilə nazirliyə məxsus “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün “Aztelekom” telekommunikasiya üzrə vəziyyətə nəzarəti gücləndirib.

Femida.az

Açar sözlər: #NRYTN  

Oxunub: 503