Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydaları dəyişib
12:18 05 Noyabr 2020
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisin sentyabrın 11-də qəbul etdiyi qanunu imzalayıb.
Femida.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatı həmin axtarış işlərini aparan şəxs işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim edəcək.
Bununla yanaşı, tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr də edilib. Əlavələrdə deyilir ki, bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
Femida.az
Oxunub: 347
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib