Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 92-yə çatdı


13:19     05 Noyabr 2020 20_11_05_1604568088.jpg

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.


Qurumun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 502, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 2 971-dir.

Femida.az

Açar sözlər:

Oxunub: 460