Ermənilərin Bərdəyə mərmi atması nəticəsində yeniyetmə həlak olub
17:06 07 Noyabr 2020
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Oxunub: 495
Oxşar xəbərlər
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilərin hərbçilərimizə verdikləri işgəncələrlə bağlı hesabat hazırlandı
- Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı
- Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin Xocavənddə atıb qaçdıqları “İQLA” zenit-raket kompleksi aşkarlanıb
- Ermənilərin Hadrutda cəsəd axtarışı nəticəsiz qaldı
- Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ