Putinlə Makron Dağlıq Qarabağı müzakirə ediblər


18:59     07 Noyabr 2020 2020/11/39f2ff84-4a38-351f-9a1b-f8b50de6342c_850_1604761279.jpg

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fransanın dövlət başçısı Emmanuel Makronla telefonla danışıb.


Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Prezidentlər Qarabağda Rusiya Federasiyasının və Fransanın o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinin davam edilməsini təsdiqləyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 632