Ermənilərin Tərtərə atəşə tutması nəticəsində 55 yaşlı sakin xəsarət alıb


01:15     10 Noyabr 2020 2020/11/top_(2)_1604956671.jpg

"Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir".

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər şəhərinin ərazisinə mərmi düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Məmmədov Sabir Məhər oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 592