“Paşinyan getsə belə razılaşma dəyişməyəcək” - Leyla Abdullayeva
15:02 11 Noyabr 2020
“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq”.
Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyənin Demirören Xəbər Agentliyinə (DHA) açıqlamasında bildirib.
Nazirlik rəsmisi Qarabağ qələbəsindən sonrakı proses barədə danışıb: “Razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq. Razılaşmada hansısa bir ölkənin adı keçmir. Bu, suallar yarada bilər. Ancaq bölgədə nəzarətə Rusiya ilə birlikdə Türkiyə də edəcək. Türkiyənin də atəşkəsə nəzarət müşahidə mərkəzində olacağı dəqiqdir”.
Oxunub: 564
Oxşar xəbərlər
- “Paşinyan məğlubiyyətin simvoludur” - Şarmazanov
- “Paşinyan Putinə təşəkkür etsin ki, Rusiya Ermənistanı xilas etməyə gəldi” - İlham Əliyev
- “Paşinyan necə gəlibsə, elə də gedəcək” - Putinin məktubunda gizli mesaj
- “Paşinyana dedim ki, heç vaxt səni dəstəkləmərəm” - Lukaşenko
- “Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi şoudur” - XİN
- “Paşinyan baş nazir olsun” - Ermənistanda xalq tələb edir