İşğaldan azad edilmiş rayonlarda istehsal 8 dəfə artacaq
12:41 23 Noyabr 2020
“20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. İşğaldan əvvəl həyatın, gülüşün olduğu şəhərlərimiz düşmən ölkənin barbarlığı nəticəsində “ruhlar şəhərlərinə” çevrilib”.
Femida.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən il Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən, Ağdam 172 milyon 934 min, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib.
"4 rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. 7 rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0.7, Kəlbəcər- Laçın iqtisadi rayonun isə cəmi 0.1 faizdir. Bu, o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlərdə ifadə olunmayb. Qeyd edim ki, Xaçmaz rayonu bütün işğal altında olan bütün rayonlarımız qədər məhsul istehsal edib. Bəzi rayonlarımız hətta çox istehsala imza atıb. Göründüyü kimi, 27 ildən çox müddətdə böyük iqtisadi potensial Ermənistan işğalı nəticəsində məhv edilib", - V.Bayramov vurğulayıb.
Deputat qeyd edib ki, artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal, təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır: "Bu, o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Qısa zamanda həyat və gülüş yenidən həmin ərazilərimizə qayıdacaq".
Femida.az
Oxunub: 409
Oxşar xəbərlər
- İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb
- İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək
- İşğaldan azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 47 mina aşkarlandı
- İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı
- İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşları artırıldı
- İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə əkin həyata keçirilir
- İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub