Məişət zorakılığı ilə mübarizəyə dair Plan təsdiqləndi
18:00 27 Noyabr 2020

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir.
Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Femida.az
Oxunub: 420
Oxşar xəbərlər
- Məişət zorakılığı nəticəsində 13 qadın ölüb - 6 ay ərzində
- Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı vəkillik üçün nələr vəd edir?
- Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
- Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
- Bu il Naxçıvanda 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib - VİDEO
- Məişət zorakılığı ilə bağlı statistika açıqlandı
- Bakıda məişət və təkər tullantıları yanıb
- Azərbaycanda məişət zorakılığından zərər çəkənlər üçün kurslar təşkil olunacaq
- Azərbaycanda məişət zorakılığını yaradan problemlər
- Məişət zorakılığından zərər çəkənlərə hüquqi yardım asanlaşır - 3 qurum memorandum imzaladı