Son sutkanın göstəricisi: 4323 yeni yoluxma, 42 ölüm


16:05     05 Dekabr 2020 20_12_05_1607169978.jpg


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər sağalaraq evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 142 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 778, bu günə qədər isə ümumilikdə 1 817 804 test icra olunub.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 378