Polis Ağdamda xidməti fəaliyyətini bərpa edib


12:25     07 Dekabr 2020 2020/12/34706b4b-91ac-3fc8-8566-6fc294768cd9_850_1607329592.jpg

Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az -a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.

Açar sözlər:

Oxunub: 368