Şəhid ailələrinin ehtiyacları ASAN Könüllüləri vasitəsi ilə yerində öyrəniləcək


12:41     08 Dekabr 2020 20_12_08_1607419587.jpg


Vətən müharibəsində şəhid olan hərbçilərin ailələri və yaralılara dəstək üçün yaradılan “YAŞAT” Fondu ilə bağlı bir sıra detallar bəlli olub.

Femida.az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, şəhid ailələri və yaralıların hər birinin ünvanına gediləcək və onların ehtiyacları yerində öyrəniləcək:

"Hazırda Fonda və ASAN Xidmətə müraciət edilməsinə ehtiyac yoxdur. Biz ASAN könüllüləri vasitəsi ilə bütün ailələrin evlərinə gedib ehtiyaclarını öyrənəcəyik. Ehtiyacların qarşılanması təcililik prinsipi əsasında aparılacaq. Yəni hansı ailənin ehtiyacı daha təcili və vacibdirsə, əvvəlcə onun problemi həll olunacaq".

Bundan başq “YAŞAT” Fonduna ianə edən hər bir şəxsin bu platformada xüsusi kabineti yaradılacaq. Hər bir şəxs o kabinet vasitəsilə ödədiyi vəsaitin necə xərcləndiyini müşahidə edəcək.

“Biz bütün şəhid və yaralı hərbçi ailələrinin ehtiyaclarını müəyyənləşdirəcəyik və ianələr hesabına onların ehtiyacları qarşılanacaq. Bu fond yardımsevərlərin fondudur”, - sədr bildirib.

Femida.az

Açar sözlər: #ASAN   #şəhid   #könüllü  

Oxunub: 474