Prezident İlham Əliyev Azərbaycanın hərbi qələbəsində aparıcı rolu oynayıb - İqor Korotçenko
13:56 08 Dekabr 2020
Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə aparıcı rolu oynayıb.
Femida.az xəbər verir ki, Bunu Trend-ə rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, qələbə qazanmış güclü ordunun yaradılması da məhz Prezident İlham Əliyevin müstəsna, fərdi nailiyyətidir:
"Prezident İlham Əliyev dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ölkənin müharibə ilə üz-üzə qalacağı təqdirdə döyüşə hazır ola bilməsi üçün hər şeyi edib".
Üçtərəfli bəyanatın imzalanmasından danışan ekspert bildirib ki, bu sənədi qeyd-şərtsiz kapitulyasiya aktı adlandırmaq olar:
"Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanın ərazi bütövlüyü siyasi yolla bərpa olundu. Bu siyasətin zəfəridir, dövlət rəhbərinin zəfəridir, Ali Baş Komandanın zəfəridir".
İ.Korotçenko əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycan və dünya tarixinə 30 illik erməni işğalından sonra ərazi bütövlüyünü bərpa etmiş dövlət başçısı kimi düşəcək:
"İşğaldakı ərazilərin azad edilməsi turizm, aqrar-sənaye sektorlarının inkişafına kömək edəcək və Azərbaycanı iqtisadiyyatın inkişafında yeni nailiyyətlərə gətirib çıxaracaq".
Oxunub: 413
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib