Repetitor xidməti və tədris kurslarının fəaliyyəti dayandırılır


16:03     08 Dekabr 2020 mektebehazirliq.jpg

Ölkədə repetitor xidməti və tədris kurslarının fəaliyyəti dayandırılır.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb.

Qərara əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkə ərazisində repetitor xidməti və tədris kurslarının fəaliyyətinə icazə verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 313