Orqan donorluğu və transplantasiyası ilə bağlı qanun təsdiqlənib


21:49     08 Dekabr 2020 20_12_08_1607449800.jpg

Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib.

Femida.az xəbər verir ki, Azərbaycanda meyit donordan transplantasiya məqsədilə götürülə biləcək orqanlar müəyyənləşib.

Qanuna əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Açar sözlər:

Oxunub: 446