Şükür Həmidov “Zəfər” ordeni ilə təltif olundu


18:49     09 Dekabr 2020 2020/12/e5b52236-c767-3f5b-8a74-b8816da8a757_850_1607525975.jpg

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Femida.az -ın məlumatına görə, təltif olunan hərbi qulluqçular arasında şəhid Milli Qəhrəman Şükür Həmidov da var.

Sərəncama əsasən, Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra) “Zəfər” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Milli Qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 596