Türkiyə MN Zəfər paradı ilə bağlı paylaşım etdi


11:11     10 Dekabr 2020 2020/12/4D911369-ECC4-45FB-997C-9117D886D682_1607585438.jpeg

Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.


Femida.az xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin “Twitter” səhifəsində yerləşdirilib.

“Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızı təbrik edirik. Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - deyə qeyd olunub.

Açar sözlər:

Oxunub: 392