Ceyhun Bayramov həmsədrlərlə görüşdü


20:53     12 Dekabr 2020 2020/12/A40ECFCF-DD1B-4C4F-AD98-75D6F46A9591_1607792909.jpeg


Dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ), Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az-a bildirilib ki, görüş bu il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 585