İtkin düşən hərbçilərin ailələrinə psixoloji dəstək göstərilir
13:25 13 Dekabr 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin post müharibə dövrü üzrə psixoloji dəstək tədbirləri itkin düşmüş hərbçilərin ailələrini də əhatə edir.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən Femida.az-a verilən məlumata görə, son günlərdə Agentliyin psixoloq və psixiatrlardan ibarət qrupları Bakı, Abşeron, Sumqayıt, Quba, Xaçmaz, Qazax, Gəncə, Tovuz, Şamaxı, Masallı, Füzuli şəhər və rayonları üzrə 19 itkin ailəsi ilə görüşüblər. Onlardan psixoloji yardıma ehtiyacı olan 13 ailə ilə müvafiq istiqamətdə işlər aparılır.
Bununla yanaşı, Agentlik şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini də davam etdirir. Ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar da keçirilir.
Qurumun “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) də müraciətlərin məzmununa uyğun olaraq vətəndaşları psixoloji dəstək yönümlü xidmətlərlə təmin edir.
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- İtkin düşdüyü bildirilən şəxsin polis tərəfindən saxlanıldığı məlum olub
- İtkin hərbçinin nəşinin tapılması faktı ilə bağlı dəqiqləşdirmələr aparılır
- İtkin düşən hərbçimizin tapılması ilə bağlı rəsmi məlumat
- İtkin düşmüş Ağdam sakininin minaya düşdüyü məlum olub
- İtkin düşən 23 yaşlı qız Bakıda tapıldı
- İtkin düşən daha iki hərbçimizin nəşi tapıldı
- İtkin düşən daha bir əsgərin nəşi tapıldı - FOTO
- İtkin düşən hərbi qulluqçuların basdırıldığı yerlər müəyyən edilir
- İtkin düşən daha bir hərbi qulluqçumuzun nəşi tapılıb
- İtkin düşən gənc qız tapılıb