Könüllülər polislərlə birgə reydlərə qoşuldu


15:30     13 Dekabr 2020 2020/12/DB17AA5D-51B6-4BD8-B354-BA935934C492_1607859114.jpeg

Balakəndə könüllülər koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin vətəndaşlar arasında geniş təbliğ olunması məqsədilə polis əməkdaşları ilə birgə maarifləndirmə tədbirlərinə qoşulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, könüllü gənclər COVID-19 virusundan qorunma üsulları, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat əks etdirilən bukletləri vətəndaşlara təqdim ediblər. Həmçinin koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə sakinlərə məlumat veriblər.

Könüllülər və polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 508