“Yolkanın nə təhlükəsi ola bilər ki?” – Rəsmi açıqlama


15:00     18 Dekabr 2015 yeni%20ill.jpg

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yeni il hədiyyələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidməti belə bir məlumat yayıb ki, sertifikatlaşdırılmamış yolkalar, Yeni il oyuncaqları, bəzək əşyaları xəstəliyə yol aça, ağır nəticələrə səbəb ola bilər.

Femida.az məsələyə aydınlıq gətirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladı.

Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Femida.az-a açıqlamasında qeyd etdi ki, mətbuatda dolaşan bu cür məlumatlar reallığı əks etdirmir:

“Bilmirəm, bunu hansı kütləvi informasiya vasitələri yayıb. Düşünürəm ki, olmayan bir şey haqqında əvvəlcədən hansısa məlumat vermək düzgün hal deyil. Yeni il hədiyyələrinin, yolkaların təhlükə mənbəyi olması haqqında məlumatlar heç bir halda reallığı əks etdirmir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə belə bir məlumat daxil olmayıb. Yolka bir ağacdır. Onun heç bir təhlükəsi ola bilməz. Əsas diqqət olunmalı məsələ hədiyyə kimi nəzərdə tutulmuş şirniyyatların keyfiyyəti ilə bağlıdır. Vətəndaşlar bu məhsullarla bağlı diqqətli olmalıdır. Məhsulun istehsal tarixinə diqqətlə baxmaq lazımdır. Vaxtı ötmüş məhsullar ciddi fəsadlara gətirib çıxara bilər. Əgər vətəndaş məhsuldan narazı qalsa, həm istehsalçı müəssisəni, həm də təşkilatçı firmanı aidiyyatı orqanlara şikayət edə bilər”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1047


Oxşar xəbərlər