Karantinə məhəl qoymayan 2646 nəfər cərimələndi


12:16     17 Dekabr 2020 2020/12/88196CDB-F6F4-4C1F-B3AA-1A2B9E7F35B2_1608193049.jpeg

Sərt karantin rejimi tətbiq olunan 5 şəhər və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

DİN mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 16-da həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1607 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan bir daha tətbiq edilən izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.

Femida.az

Açar sözlər:

Oxunub: 433