Gələn ay Azərbaycanda 100-dən çox dövlət əmlakı hərraca çıxarılacaq
12:56 19 Dekabr 2020
İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanvarın 19-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Nazirikdən Femida.az-a verilən məlumata görə, hərraca 103 dövlət əmlakı çıxarılacaq.
Bunlardan 25-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 78-i səhmdar cəmiyyətləridir.
Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Femida.az
Oxunub: 802
Oxşar xəbərlər
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Gələn ay bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq
- Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır
- Gələn ay Azərbaycanda 9 gün iş olmayacaq
- Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq
- Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb