İngiltərədə aşkarlanan koronavirusun yeni növü sürətlə yayılır


20:20     19 Dekabr 2020 1444043375_virus.jpg

İngiltərədə aşkarlanan koronavirusun yeni növü sürətlə yayılır və əhalidən ehtiyatlı olmaq tələb olunur.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin baş həkimi, professor Kris Vittinin bəyanatında qeyd olunub.

O bildirib ki, yeni növ virusa yoluxanların sayı İngiltərənin cənub-şərqində sürətlə artır: “Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını xəbərdar etmişik və vəziyyəti yaxşılaşdırmaq üçün mövcud məlumatları təhlil etməyə davam edirik. Koronavirusun yeni növü daha yüksək ölümə səbəb olur. Onun peyvəndə və ya müalicələrə təsiri barədə hələlik məlumat yoxdur, lakin bunu təsdiqləmək üçün təcili araşdırmalar aparılır”.


Femida.az

Açar sözlər:

Oxunub: 694