Həkimlərə 123 milyon manat əlavə ödəniş edilib


14:53     22 Dekabr 2020 hekimler5.jpg

Tibbi xidmətlərin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə əlavə və mükafatların verilməsi üzrə davamlı tədbirlər həyata keçirilir.

İcabri Tibbi Sığorta Agentliyindən Femida.az-a verilən məlumata görə, 2020-ci ilin mart-oktyabr ayları ərzində İcbari Tibbi sığorta Üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə ümumilikdə 123 milyon 331 min manat məbləğində müddətli əlavə və mükafatlar ödənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 640