"ASAN Xidmət"ə dövlət büdcəsindən 10 milyon manat ayrılacaq


15:24     22 Dekabr 2020 asan_xidmet_1427465400.jpg


2021-ci ilin dövlət büdcəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") 10 milyon manat vəsait proqnozlaşdırılıb.


Bu barədə büdcə layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, həmin vəsait 2021-ci ilin dövlət büdcəsində elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərin maliyyə təminatı üçün ayrılacaq.

Açar sözlər:

Oxunub: 417