Dollarla bağlı ÇOX VACİB XƏBƏR - BVF məlumat yaydı...


16:59     25 Dekabr 2020 20_12_25_1608897654.jpg

Bu ilin üçüncü rübündə ABŞ dollarının qlobal ehtiyat valyutaları arasındakı payı azalıb.

Femida.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) məlumat yayıb.

Dolların 2020-ci ilin ikinci rübündə olan 61,2%-lik payı 60,4%-ə enib. Ötən ilin üçüncü rübündə isə bu göstərici 61,5% idi.

BVF-nin məlumatına görə, ABŞ dollarına aid olan ehtiyatlar 60 trilyon 937 milyard dollar təşkil edir.

Dolların payının azalması qiymətin yüksəlməsini şərtləndirə bilər.

Açar sözlər:

Oxunub: 391