Rayona gizli gedən qardaşlar tutuldu


19:50     25 Dekabr 2020 roadtoquba12-small.jpg

Karantin qaydalarını pozan iki qardaş məsuliyyətə cəlb olunub.


DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə gizli yollarla daxil olan Şabran rayon sakinləri – Asim və Mail Babayevlər saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs müvafiq icazələri olmadan rayonun giriş hissəsində qurulmuş müvəqqəti postun kənarında yerləşən bağ sahələrindən keçməklə Quba rayonuna qanunsuz daxil olublar.

Saxlanılan hər iki şəxs barədə qanunvericiliyə uyğun olaraq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 493