Paşinyan istefa verməyə hazır olduğunu açıqladı


22:43     25 Dekabr 2020 2018/04/pasinyan1_1524483189.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib.

Femida.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında yazıb.

O diqqətə çatdırıb ki, yalnız xalqın qərarı ilə bu addımı ata bilər: "Xalqın gələcəyə inamının qırılmaması üçün bu çətin dövrdə Ermənistanda liderliyimi davam etdirməyə hazıram”.

Bundan əlavə, Paşinyan siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 432