ABŞ-da peyvənd olunan həkim reanimasiyaya düşdü


13:54     27 Dekabr 2020 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

ABŞ-da "Moderna" şirkətinin hazırladığı koronavirus əleyhinə peyvənddən ilk allergik reaksiya qeydə alınıb. Belə bir hal peyvənd olunan həkimdə aşkarlanıb.

Femida.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

"Peyvənd vurulduqdan sonra taxikardiya hiss etdim, amma bunun narahatlıqdan qaynaqlandığını düşündüm. ABŞ-da "Pfizer"ə (şirkətin hazırladığı vaksin-red) olan reaksiyalar, xüsusi ilə xərçəngkimilərə allergiyası olan şəxslərdəki reaksiya barədə eşitdikdən sonra qorxurdum", - deyə həkim telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, peyvənd vurulduqdan 6-7 dəqiqə sonra boğaz və dilində keyimə hiss edib. Bundan əlavə, həkimdə qan təzyiqi aşağı düşüb. Ona dərhal həyat üçün təhlükəli allergik reaksiya zamanı tətbiq olunan "EpiPen" preparatı vurulub və dərhal reanimasiyaya aparılıb. Həkim dörd saat sonra isə evə buraxılıb.

Femida.az

Açar sözlər: ABŞ   Həkim   peyvənd    

Oxunub: 312