5775 hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu


19:57     29 Dekabr 2020 prezident2.jpg

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

Femida.az

Açar sözlər:

Oxunub: 449


Oxşar xəbərlər