Davudoğludan Putinə sərt cavab: Uşaqdır


16:20     19 Dekabr 2015 davutoglundan-flas-erken-secim-aciklamasi_0_0.jpg

Rusiya prezidenti prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi mətbuat konransında Türkiyənin ünvanına səsləndirdiyi təhqiramiz sözlərə Türkiyə tərəfindən cavab gecikməyib.


Femida.az "Hürriyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Putin son vaxtlar uşaq kimi hərəkət edir.

"Putinin son açıqlamalarını ciddi qəbul etmirəm. Bir ay əvvəl dilə gətirilməyən sözlər bu gün deyilirsə, bu, uşaq hərəkətidir, bunu əvvəllər çevrilişçilər edirdi, indi isə Putin edir. İndi Putin Türkiyədə guya müxalifət kəşf edib".

Baş nazir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsi haqqında səsləndirdiyi fikirlərə də sərt münasibət bildirib.

"Hazırda Rusiyanın adına danışan Putində Sovet təfəkkürü görürəm. Hərhalda Putin KQB günlərində qalıb. Amma KQB keçmişdə qalıb, o Sovet təxribatı dönəmi artıq bitib. Putinin etdiyi hər açıqlama dünyada təbəssümə səbəb olur. Sarkazm, istehzalı təbəssümlərə. Bu, bizim üçün ciddi qəbul ediləcək çağdaş günün ruhuna uyğun olan açıqlamalar deyil. Sadəcə gülümsəyirəm. Onun dediklərini ciddi qəbul etmək təhiqr olar", deyə Davudoğlu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1118