Prezident bəzi hərbçilərin uşaqlarına müavinət verilməsi ilə bağlı qanunu təsdiqlədi
13:09 31 Dekabr 2020
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Femida.az xəbər verir ki, sənədə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət veriləcək.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.
Bu qanun qüvvəyə minənədək “Sosial müavinətlər haqqında” qanuna əsasən, təyin edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinətlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib