​Bakıda əcnəbi tələbə bıçaqlanıb


19:52     19 Dekabr 2015 b0fa2cea-fdde-4f77-9fd2-c74afc013d16_292.jpg

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanasında bıçaqlanma hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, M.Qasımov küçəsi 44-də yerləşən ADNA-nın yataqxanasında yaşayan Türkmənistan vətəndaşı 1995-ci il təvəllüdlü Nəriman Mahmudov bıçaqlanıb.
Ona qaldığı otaqda boynundan bıçaq zərbəsi vurulub. Tələbə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. N.Mahmudovun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 1096