Məişət zorakılığı nəticəsində 13 qadın ölüb - 6 ay ərzində


10:09     04 Yanvar 2021 21_01_04_1609740663.jpg


2020-ci ilin birinci yarısında məişət zorakılığı cinayətlərindən 511 qadın zərər çəkib. Onlardan 13 nəfəri ölüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə zərərçəkmiş qadınlardan 9-u yetkinlik yaşına çatmayanlar olub.

Ümumilikdə, ötən ilin 6 ayında məişət zorakılığı cinayətləri nəticəsində 663 nəfər zərər çəkib ki, onlardan 18 nəfəri ölüb. - azvision.az

Femida.az

Açar sözlər: #zorakılıq  

Oxunub: 546