Ağdamda silahlı insident - 1 nəfər yaralı var


13:30     20 Dekabr 2015 610x380xTufeng.jpg.pagespeed.ic.i14P5YD_AL.jpg

Ağdamda qohumlar arasında mübahisə zəminində silahlı insident baş verib.


"Report" xəbər verir ki, yerli sakin Nabil Aslanov yaxın qohumu Anar Aslanovla mübahisə edib.

Daha sonra o, əsəblərini cilovlaya bilməyib və evində saxladığı qanunsuz ov tüfəngini götürərək Anar Aslanova bir neçə dəfə atəş açıb. Güllələrdən biri qarşı tərəfin qarın boşluğuna dəyib. Yaralı ətrafdakıların köməkliyi ilə dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən N.Aslanov bir müddət qaçıb gizlənsə də, sonradan istifadə etdiyi "Toz-16" tipli tüfəngini götürərək Tərtər rayon Polis şöbəsinə gəlib və könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 854