Müdafiə Nazirliyi tərxis olunan şəxslərə müraciət edib
12:43 11 Yanvar 2021
"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı, düşmənlərimizin maraqlarına xidmət edir".
Bu barədə Femida.az-a Müdafiyə Nazirliyindən bildirilib.
"Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.
Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.
Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar", - nazirlikdən qeyd olunub.
Femida.az
Oxunub: 371
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib
- Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır
- Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət edib
- Müdafiə Nazirliyi əsgərin sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib
- Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub
- Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb