Vaksin ölümə səbəb ola bilərmi? - TƏBİB-dən cavab
18:47 13 Yanvar 2021
Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər.
Bu barədə Femida.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil: "Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər Sinovac vaksininin 3-cü klinik faza tədqiqatları zamanı ölüm halı müşahidə olunmayıb".
Həmçinin qeyd olunub ki, Sinovac vaksinini istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
Femida.az
Oxunub: 518
Oxşar xəbərlər
- Vaksin pasportu olmayan latviyalılar alış-veriş edə bilməyəcək
- Vaksin pasportu olmayanların cinayət işinə videokonfransla baxılacaq
- Vaksinin üçüncü dozası bu şəxslərə vurulacaq - RƏSMİ
- Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür- TƏBİB
- Vaksinasiya ilə bağlı əks-göstəriş sertifikatı kimlərə veriləcək?
- Vaksinasiya olunmayan təhsil işçilərinin sayı açıqlanıb
- Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - VİDEO
- Vaksinasiyada saxtakarlıq edən kişi həbs edildi - Tibb bacıları cərimələndi
- Vaksinasiya ilə bağlı Azərbaycanda SON STATİSTİKA
- Vaksin vurdurmaq orucu pozurmu? - AÇIQLAMA