İstifadəyə yararsız 100 kq qida qatqısı məhv edilib
10:25 15 Yanvar 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsullarını risk əsaslı ekspertizaya cəlb edir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “TAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Avstriyadan ölkəmizə idxal etdiyi “Sustain” əmtəə nişanlı qida qatqısından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib.
Aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bununla bağlı istifadəyə yararsız “Sustain” əmtəə nişanlı 5 litrlik qablaşdırmada 20 ədəd, ümumi çəkisi 100 kq qida qatqısı məhsulu partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Oxunub: 352
Oxşar xəbərlər
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub
- Abşeronda kişi arvadını “Tik-Tok”dan istifadəyə görə döyüb, qadın ərini bağışlayıb
- Prezident Administrasiyasının Çağrı Mərkəzi istifadəyə verilib
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Laçından yan keçməklə tikilən avtomobil yolu iyuna qədər istifadəyə veriləcək
- Zakir Həsənov azad edilən ərazilərə gedib, yeni hərbi hissə istifadəyə verilib
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Horadiz-Ağbənd dəmir yolu xətti 2023-cü ildə istifadəyə veriləcək
- Türkiyə ilk milli elektrik qatarlarını istifadəyə verəcək