Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib


19:08     18 Yanvar 2021 hebs5.jpg


2020-ci ildə Azərbaycanda həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.

Femida.az-ın məlumatına görə, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Femida.az

Açar sözlər: #DİN   #kriminal   #polis  

Oxunub: 498