2020-ci ildə əmək qanunvericiliyi 955 dəfə pozulub
11:09 28 Yanvar 2021
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10 102 müraciət araşdırılaraq cavablandırılıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər.
Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib. Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.
Femida.az
Oxunub: 673
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb
- Qadın əməkdaş Baş Prokurorluqda yüksək vəzifəyə təyin edilib
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Əməkdar jurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SİYAHI
- Azərbaycan Prezidenti Rusiya ilə əməkdaşlığın genişlənməsindən məmnun olduğunu bildirib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq