Sabah Milli Məclisin yaz sessiyası başlayır


09:08     31 Yanvar 2021 milli-meclis.jpg

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək

Femida.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclisin yaz sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 446