"Azərsu" tariflərin artırılmasını şərh edib


13:14     01 Fevral 2021 21_02_01_1612169339.jpg

"Azərsu" ASC Tarif Şurasının qərarı ilə su-kanalizasiya tariflərinin artırılmasını şərh edib.

Femida.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov açıqlama verib.

"Su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib. Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50%-dən 70%-ə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib", - deyə o, qeyd edib.

Açar sözlər:

Oxunub: 487