Səlim Müslümov həbs edildi


10:56     03 Fevral 2021 selim_muslimov_qebul_290914_0160.jpg

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.


Unikal.org-un məlumatına görə, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.

Qeyd edək ki, Səlim Müslümov daha əvvəl Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsində çalışıb. DGK-də sədr müavini kimi çalışdığı dövrdə korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun sədri, 2013-cü ildən Əmək və Əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.

Həbs xəbərini S.Müslümovun yaxınları təsdiqləyiblər.

Femida.az

Açar sözlər: #SəlimMüslümov   #həbs  

Oxunub: 1530