“YAŞAT” Fondu 4 şəhidin ailə üzvünün əməliyyat xərclərini qarşılayıb


20:55     03 Fevral 2021 21_02_03_1612369144.jpg

“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

“ASAN xidmət”dən Femida.az-a verilən məlumata görə, şəhidimiz Şamil Hüseynlinin atası Novruz Hüseynovun, şəhidimiz Cəsarət Səfərovun anası Nuriyyə Səfərovanın, şəhidimiz Məhəmməd Səmədovun qardaşı Bəylər Səmədovun, şəhidimiz Zəbiyulla Məmmədovun anası Aynurə Məmmədovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.


Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 519