Ağdamda partlayış - 1 hərbçimiz həlak oldu, 2-si yaralandı
20:38 04 Fevral 2021
Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!
Femida.az
Oxunub: 845
Oxşar xəbərlər
- Ağdamda 23 yaşlı gənc itkin düşüb
- Ağdamda mağazadan oğurluq edilib
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib
- Ağdamda 35 yaşlı kişi itkin düşüb
- Ağdamda qəbiristanlıqlardan oğurluqlar edilib
- Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıb
- Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarılıb
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub
- Baş Prokurorluq: Ağdamda buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır