Eşitmədə çətinliyi olanlar üçün teledərslər yayımlanacaq


12:50     05 Fevral 2021 sagird4.jpg

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar.

Dərslər səs, daktil, mimika və jestlər əsasında hazırlanıb. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.



Femida.az

Açar sözlər:

Oxunub: 433


Oxşar xəbərlər