Prokurorluq orqanlarına işə qəbul imtahanı keçirildi


15:31     05 Fevral 2021 Prokurorluq%20yen%20%20070714.jpg

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 vakant ştat vahidi üzrə elan edilən növbəti 22-ci müsabiqənin ilkin mərhələsi olan imtahan keçirilib.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim edən namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqəli şəkildə fevralın 5-i saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində DİM-in inzibati binasında keçirilir.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılır və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaqdır.

Bundan əlavə, imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Baş Prokurorluğun rəsmi internet saytlarında yerləşdiriləcəkdir.

Test imtahanından tələb olunan keçid balını toplayan namizədlər müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanacaqlar.

Yazılı imtahan başa çatdırılaraq nəticələri elan edildikdən sonra müvəfəqiyyət qazanan namizədlərin müəyyən edilən qaydada tibbi müayinədən keçirilməsi təmin ediləcək və müsabiqənin sonuncu müsahibə mərhələsinə buraxılacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 475